12.11.2025, 14:48 - Baxış sayı: 30

“Şərq fəlsəfəsi problemləri” jurnalının növbəti sayı çap olunub


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda beynəlxalq elmi-nəzəri “Şərq fəlsəfəsi problemləri” jurnalının növbəti (№ 33 , 2025) sayı çap olunub.

Jurnalın bu sayında İlham Məmmədzadənin “Elm fəlsəfəsinın dərk edilməsi haqqında”, Kerem Karabulutun “Türkiye ve Azerbaycan’da egemenlik, kimlik ve bilincin kısa analizi”, Ayxan Mustafayevun “İnsan və süni intellekt: ontoloji münaqişələr”, Eynulla Mədətlinin “Əhsən üt-təvarix” (Tarixlərin ən yaxşısı) professor Şahin Fazilin tərcüməsində”, Svetlana Adıgözəlova və Əli Abasovun “Orta əsrlər Azərbaycanın fəlsəfə fikri: Zərdüştlükdən inteqral humanizmə doğru”, Sevinc Rəhnullanın “Məşhur xatunlar”dakı şeyxalar-qadın şeyxlər”, Nəzakət İsmayılovanın “Cənubi Azərbaycanda milli ədəbi-ictimai düşüncənin inkişafında doktor Cavad Heyətin rolu”, Cəmilə Həşimovanın “Bölünmüş Azərbaycan xalqının identikliyi”, Rauf Məmmədovun “Eynəlqüzzat Miyanəcinin metafizikası” məqalələri nəşr olunub. 

Sherq felsefesi problemleri.pdf [1.21 Mb] (Downloads: 14)