07.11.2025, 21:42 - Baxış sayı: 30

Muzeydə “8 noyabr Zəfər Günü” adlı tədbir keçirilib


Milli Azərbaycan Tarixi Muzeyi və Yeni Azərbaycan Partiyasının Səbail rayonu “H.Z.Tağıyev 4” ərazi təşkilatının birgə təşkilatçılığı ilə “8 noyabr Zəfər Günü” adlı tədbir keçirilib. 

Muzeyin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov Vətən Müharibəsində Ordumuzun qəhrəmanlığından, muzeydə yaradılan Vətən Müharibəsi fondunun fəaliyyətindən danışıb.

Tədbirdə Vətən Müharibəsi iştirakçılarıfəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev, Xüsusi təyinatlı dəstənin giziri, qazi, Sirac Həsənov, kəşfiyatçı əsgər, qazi Üzeyir Qənbərov ordumuzun qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilmiş böyük qələbənin əldə edilməsi haqqında danışıblar.