07.11.2025, 15:13 - Baxış sayı: 43

Professor Adil Əsədov UNEC-in qonağı olmuşdur


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Adil Əsədov 28 oktyabr 2025-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmiş, bütövlükdə Akademiya, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, eləcə də öz məxsusi elmi fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Professorun, xüsusilə “Gözəlliyin fəlsəfəsi” əsəri müəllimlərin və tələbələrin böyük marağına səbəb olmuşdur. Bu xüsusda tədbir iştirakçıları müəllifə çoxsaylı suallar ünvanlamışlar.

Tədbirin təşkilatçıları olan UNEC Dizayn Məktəbinin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Lalə Məmmədova və Universitetin Dizayn kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elfanə Qasımova tədbirdə iştirak etdiyi üçün Adil Əsədova öz səmimi təşəkkürlərini bildirmişlər və kafedra əməkdaşları tərəfindən yaradılmış orijinal tərtibatlı sənət nümunəsini hədiyyə etmişdir.