07.11.2025, 15:10 - Baxış sayı: 21

YAP Yasamal rayon təşkilatında 8 noyabr- Zəfər gününün beşinci ildönümü münasibətilə tədbir keçirilmişdir


Noyabr ayının 5-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Yasamal rayon təşkilatında 8 noyabr- Zəfər gününün beşinci ildönümü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, YAP Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal bələdiyyəsinin əməkdaşları, şəhid ailə üzvləri, qazilər, müharibə veteranları, YAP Yasamal rayonu ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və fəal gənclər iştirak etmişlər.

Tədbirdən sonra YAP Yasamal rayon təşkilatı tərəfindən 8 Noyabr-Zəfər Günü ilə əlaqədar olaraq yardım aksiyası təşkil edilmişdir. Aksiya çərçivəsində Yasamal rayonunda yaşayan şəhid ailələri, qazilər ziyarət olunmuş və onlara bayram sovqatları təqdim edilmişdir. Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun YAP ərazi təşkilatının sədri Şölət Zeynalov, İnstitutun əməkdaşları, YAP fəalları Məhəmməd Cəbrayılov, Gülşən Allahverdiyeva, Zümrüd Hüseynova tədbir çərçivəsində fəallıq göstərmişlər. Şəhid ailələrini ziyarət edən Şölət Zeynalov və Məhəmməd Cəbrayılov öncə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin salamlarını onlara çatdırmış, dövlətin və Prezidentin şəhid və qazi ailələrinə diqqət və qayğısı barədə fikir mübadiləsi yürütmüşlər. Sonda xatirə şəkilləri çəkilmişdir.