Qələbənin beş illiyinə həsr olunmuş “8 Noyabr Zəfər Günü” mövzusunda Dəyirmi masa keçirilib
Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda qələbənin 5 illiyinə həsr olunmuş “8 Noyabr Zəfər Günü“ mövzusunda Dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə açaraq bu günün əhəmiyyətindən, Zəfər gününün fəlsəfəsini, elmi-siyasi mahiyyətindən danışdı. 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın regiona gətirdiyi yeni reallıqların fəlsəfəsinə toxunaraq Prezident İlham Əliyev və xalq birliyinin uğurlu nəticəsinin və Zəfər gününün müqayisəli təhlilini aparıb. Həmçinin, Vətən müharibəsində İnstitut alimlərinin gördüyü işlərə, həmçinin beş il ərzində qazanılan nailiyyətlərə də toxunub.
Professor çıxışının sonunda ərazi bütovlüyümüz uğrunda vuruşan əsgərlərimizin şücaətindən və qəhrəmanlıqlarından söz açaraq, şəhidlərimizə rəhmət, qazilərimizə can cağlığı diləyib.
Sonra f.ü.f.d. II Qarabağ müharibəsinin iştirakçısı Radif Mustafayev, f.ü.f.d. Şölət Zeynalov, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, f.e.d. Füzuli Qurbanov, f.ü.f.d. Məhəmməd Cəbrayılov, elmi işçi Telman Quliyev, f.ü.f.d. Mətanət Şəkixanova, s.e.ü.f.d. Samirə Həbibbəyli, h.e.d., professor Habil Qurbanov və digər çıxışçılar qələbənin beş illiyi münasibəti ilə çıxış edərək, fikirlərini bölüşüblər.
Sonra İnstitutun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova Vətən müharibəsinə həsr etdiyi “44 günün möcüzəsi” şerini, oxudu.
Sonda Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli Sabir Rüstəmxanlının “Bayrağım” şerini səsləndirdi və bu bayram münasibəti ilə öz təbrikini bildirdi.











