Fəlsəfə və Sosiologiya İnstitutunun Qadınlar Şurası Şəhidlər Xiyabanını ziyarət ediblər

Vətən müharibəsindəki qələbəmizin ildönümünə həsr edilmiş silsilə tədbirlər çərcivəsində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Qadınlar Şurasının təşkilatçılığı ilə bir qrup institut əməkdaşları Şəhidlər Xiyabanını ziyarət etmişdir. Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilmiş, məzarları önünə tər qərənfillər düzmüşlər. Ziyarət xalq-lider və şəhidlərimizin qəhrəmanlığının birliyinin sarsılmzalığını əbədiliyini ifadə edən şüarlar və şəhidlərimizin ruhuna oxunan dualarla başa çatmışdır. Ziyarətdə Fəlsəfə və Sosiologiya İnstitutunun Qadınlar Şurasının sədri, f.e.d., Lalə Mövsümova, f.e.d. Ziba Ağayeva, elmi işçi Nailə Əlicanova, elmi işçi Xanımağa İsmayılova, f.ü.f.d. Təzəgül Qasımova, şöbə müdiri Sənubər Həşimova, elmi işçi Sevinc Quliyeva, elmi işçi Aypara Abbasova, elmi işçi Azadə Quliyeva iştirak ediblər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!




