23.10.2025, 12:57 - Baxış sayı: 54

Professor Adil Əsədovun "Gözəlliyin fəlsəfəsi" əsərinin birici hissəsi çapdan çıxmışdır


Fəlsəfə elmləri doktoru, professor Adil Əsədovun "Gözəlliyin fəlsəfəsi" əsəri onun spiritualist aristokratizm adlı beş bölümdən ibarət fəlsəfi sisteminin birinci bölümüdür. Müəllif burada gözəlliyin mahiyyət və təzahür arasında uyğunluq məqamı olduğu barədə ideya irəli sürür və məhz bu ideya əsasında da gözəllik fenomeninin özünəməxsus fəlsəfəsini yaradır. Gözəllik fəlsəfəsi özlüyündə üç hissədən ibarət tərtib olunmuşdur. Hazırkı nəşr əsərin birinci hissəsini öz məzmununda ehtiva edir. Bu hissə müəllifin Gözəllik fəlsəfəsinə tarixi-fəlsəfi giriş məzmunundadır və öz strukturu etibarilə Nizami Gəncəvi üslubunda fəlsəfi dialoq formatında qurulmuşdur. Əsər fəlsəfi elmlər üzrə mütəxəssislər, sənətşünaslar, ali məktəb tələbələri, həmçinin gözəllik və fəlsəfə mövzuları ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulur. 

Kitabın elektron varinatı ilə buradan tanış olmaq olar.