22.10.2025, 11:18 - Baxış sayı: 43

Professor Adil Əsədov Beynəlxalq Konqresdə məruzə ilə çıxış etmişdir


Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Adil Əsədov 10-12 oktyabr tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən Müasir Elmi Tədqiqatlar üzrə 8-ci Beynəlxalq İstanbul Konqresində “Philosophy of being in the context of system of philosophy” (“Varlığın fəlsəfəsi fəlsəfi sistem kontekstində”) adlı məruzə ilə çıxış etmişdir. Professor Adil Əsədov eyni zamanda İstanbul Universitetinin Fəlsəfə bölümünün başkanı Prof. Dr. Nedim Yılmaz ilə görüş keçirmiş, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutu ilə İstanbul Universitetinin Fəlsəfə bölümü arasında qarşılıqlı əməkdaşlıq barədə danışıqlar aparmışdır.