09.10.2025, 12:43 - Baxış sayı: 98

Aida xanım İmanquliyeva ömür yolunu elmə bəxş edərək tükənməyən xəzinə yaratmışdır


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “ Aida xanım İmanquliyeva ömür yolunu elmə bəxş edərək tükənməyən xəzinə yaratmışdır” adlı məqaləsində görkəmli şərqşünas alim, ədəbiyyatşünas Aida xanım İmanquliyeva bütün ömrünü elmin inkişafına töhfə verdiyini bildirib. Dosent Aida xanım ölməzli­yi ilə ölümündən sonra qoyub getdi­yi əsərləri ilə özündən sonra böyük elmi xəzinə xatirə qoyduğunu vurğulayıb. Yazıda Birinci Vitse prezident Mehriban xanım Əliyevanın, akademik Nərgiz Paşayevanın, akademik Gövhər Baxşəliyevanın Aida xanım haqqında çıxışları qeyd edib. Günel Məlikli Aida xanımın elm sahəsində yeniliklərə imza atan professor, həm də yüksək idarəçilik keyfiyyətləri ilə bərabər, ictimai-siyasi fəallığı, böyük vətəndaşlığı ilə seçildiyini söyləyib. Aida xanımın irəli sürdüyü müddəalar, həm də fəlsəfi mətnli baxışlardır, böyük fəlsəfi bir məktəbdir. Görkəmli şərqşünas alim, ədəbiyyatşünas Aida xanım İmanquliyeva bütün ömrünü elmi inkişafına töhfə verməklə yaşayıb.- deyə Günel Məlikli vurğulayıb. 

science.gov.az