21.07.2025, 10:02 - Baxış sayı: 285

DOSENT GÜNEL MƏLİKLİNİN “AZƏRBAYCAN ORDUSU” QƏZETİNDƏ “GÜCLÜ ORDU GÜCLÜ DÖVLƏTİN TƏMƏLİDİR” MƏQALƏSİ NƏŞR OLUNUB


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məliklinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Azərbaycan Ordusu” qəzetində “Güclü ordu güclü dövlətin təməlidir” məqaləsi nəşr olunub. Məqalədə Ulu öndər Heydər Əliyevin dövlətçilik təcrübəsi və mənəvi irsi, həqiqətən, tükənməz bir xəzinə olduğunu vurğulayıb. Gənc alim sözü imzası qədər keçərli olan Ali Baş Komandan İlham Əliyev "Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək" söyləyərək əsl sərkərdə məharətini dünyaya nümayiş etdirdiyindən, hazırda Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer aldığından bəhs edib. G. Məlikli Azərbaycan Respublikası hərbi sahədə daha da güclənməsi ilə tarixə düşərək və bunun bariz nümunəsi torpaqlarımızın işğaldan azad edilməsi olduğunu, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sarsılmaz iradəsi, qətiyyəti nəticəsində 44 günlük Vətən müharibəsi Böyük Qələbə ilə başa çatdığını bildirib. Prezident İlham Əliyev ölkə iqtisa­diyyatını inkişaf etdirərək, 30 il ərzində xarabazara çevrilmiş Qarabağ torpaq­larını yenidən dirçəldərək, Azərbaycanı yeni zirvələrə doğru aparmaqdadır - deyə Günel Məlikli vurğulayıb.