Ulu Öndər Heydər Əliyev - Azərbaycana rəhbərliyinin birinci dövrü
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli yazısında böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdiyini bildirib.
Günel Məlikli söyləyib ki, 1969-cu il 14 iyul tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. Çünki məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSR-də, dünyada tanıdıb. Həmin illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılıb. Azərbaycan Elmlər Akademiyası üçün deyil, bütövlükdə, Azərbaycan Respublikasının inkişafında, xalqımızın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin intibahında yarım əsr əvvəl – 1969-cu il iyulun 14-də ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi müstəsna rol oynamışdır. 1969-cu ilin iyun ayında ümummili lider Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə elm, təhsil, mədəniyyət, ədəbiyyat, səhiyyə sahəsində sözün əsl mənasında, inqilab baş verdi. Bütövlükdə bütün Ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən islahatlar, uğurlar 14 iyul tarixi xalqımızın qəlbində həm də minilliyin Azərbaycançılığın tarix səhifələrində, milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir.- deyə Günel Məlikli vurğulayıb.

