Dosent Zöhrə Əliyevanın məqaləsi Beynəlxalq elmi jurnalda dərc olunub
Near East University tərəfindən nəşr olunan Journal of Scientific Mysticism and Literature elmi jurnalında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun dosenti Zöhrə Əliyevanın
"Common Ground Between the Teachings of Jalaluddin Rumi and Seyyid Yahya Bakuvi on Tolerance and Spiritual Interaction" "Cəlaləddin Ruminin və Seyyid Yəhya Bakuvinin təlimlərində dözümlülük və mənəvi qarşılıqlı əlaqənin ortaq cəhətləri"
adlı məqaləsi dərc olunmuşdur.
Fərqli dövrlərdə və mədəni şəraitdə yaşamış olsalar da, Cəlaləddin Rumi və Seyyid Yəhya Bakuvinin dözümlülük və mənəvi qarşılıqlı əlaqə barədə fikirləri bir çox ortaq nöqtəyə malikdir. Hər iki mütəfəkkir sufi ənənəsinə mənsub olmuş və burada sevgi, mənəvi birlik və tolerantlıq əsas dəyərlər kimi qəbul edilir. Onların təlimləri insanın daxili inkişafı ilə ətraf mühitlə harmoniyanın qurulması arasında körpü rolu oynayır.
Məqalə Şərq fəlsəfi irsinin iki böyük nümayəndəsinin mənəvi baxışlarının müqayisəli təhlilini təqdim edir və onların dinlərarası dialoq və insanın daxili aləminin formalaşmasında rolunu vurğulayır.