18.06.2025, 15:34 - Baxış sayı: 111

“Sosial psixologiya” şöbəsində elmi seminar keçirilmişdir


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Sosial psixologiya” şöbəsində Yeniyetmələrinvə gənclərin destruktiv davranışının sosial-psixoloji problemlərinin öyrənilməsində nəzəri-metodoloji əsaslar” mövzusunda elmi seminar keçirilmişdir. Seminarda şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli insan amilinin psixoloji strukturu haqqında fikirlərini bildirmişdir.Elmir Əkbərin müzakirədəki çıxışı müxtəlif psixoloji sahələr üzrə bilikləri inteqrasiya etmək və tənqidi təhlil aparmaq bacarığını nümayiş etdirdiyini vurğulamışdır. Ümumilikdə bu mövzunun gənclər üçün praktik əhəmiyyətli əhəmiyyəti vardır.Yaş kateqoriyasına dair məsələyə gəldikdə, bu aspekt gələcəkdə digər ölkələrlə müqayisəli analiz aparmaq üçün əhəmiyyətli olacaq. Hazırda biz daha çox tanıdığımız, bəzi qonşu olan və ya müharibə vəziyyətində olan ölkələri nəzərdə tuturuq. Belə yanaşma gələcəkdə daha geniş miqyaslı və fərqli mövzular üzrə müqayisəli tədqiqatların aparılmasına zəmin yaradar. –deyə Günel Məlikli vurğulamışdır. Şöbənin dissertantı psixoloq Elmir Əkbər çıxışında bu baxımdan, həmin ölkələrdəki əməkdaşlarımıza müraciət edərək onları bu prosesə cəlb etmək və onlardan empirik material toplamağın faydalı olduğunu bildirmişdir: "Darkinin aqressivliyin sorğu” test üsulu, “Dembo-Rubinstein yeniyetmələr və gənclər üçün özünə inamın ölçülməsi metodikası”, “Holms və Raqenin stressədavamlılıq və sosial adaptasiyanın müəyyənləşdirilməsi” metodikası, “V.V. Boykonun şəxslərarası münasibətlərdə Destruktiv dispozisiyanın müəyyənləşdirilməsi üsulu” metodikası". Hər dörd üsul- akademik elm tərəfindən qəbul olunmuş vahid vasitələrdir.-deyə vurğulamışdır.