17.06.2025, 10:06 - Baxış sayı: 119

HEYDƏR ƏLİYEV MİLLİ QURTULUŞ GÜNÜNÜ TARİXƏ YAZAN DAHİ ŞƏXSİYYƏTDİR


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Heydər Əliyev Milli Qurtuluş Gününü tarixə yazan dahi şəxsiyyətdir adlı yazısında Azərbaycan xalqı yeganə ümidini Heydər Əliyevə bağlayaraq, dahi lider Heydər Əliyevin siyasi hakimiyyətə dönüşünü arzulayırdı. Hər gün Azərbaycanın müxtəlif yerlərindən Naxçıvana nümayəndələr gedir, teleqram teleqram ardınca göndərilirdi.

Yeni Azərbaycan Partiyasının yaranması da bu zərurətdən irəli gəlmişdi. Bu gün müasir Azərbaycanın Heydər Əliyevin şah əsəri kimi inkişaf etdiyini, yüksəldiyini söyləyib. Günel Məlikli bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin Azərbaycanı regionun liderinə, dünyanın sayılıb seçilən dövlətinə çevirib. Xalqımız bunu görür və haqlı olaraq cənab İlham Əliyevin ətrafında sıx birləşib. Beləliklə, Qurtuluşdan başlanan intibah bu gün də Azərbaycan dövlətinin və xalqının yüksəlişinə xidmət edir.- deyə Günel Məlikli vurğulayıb. 

Science.gov.az