Əməkdaşlarımız beynəlxalq konfransda iştirak ediblər
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Dayanıqlı, inklüziv və sosial siyasətin konseptual əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfrans çərçivəsində ümumilikdə 156 elmi məqalə təqdim olunub. Hibrit formatda – həm əyani, həm də onlayn şəkildə – xarici ölkələrdən 39 nəfər, yerli ali təhsil müəssisələrindən 100 nəfər və regionlardan 17 iştirakçı qatılıb. Konfransın işində Türkiyə, Böyük Britaniya, Almaniya, Polşa, Ukrayna, Özbəkistandan olan universitet nümayəndələri və tədqiqatçılar onlayn iştirak ediblər. Konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları - f.f.d., dos. Şölət Zeynalov “Heydər Əliyevin dövlətçilik siyasətində Azərbaycan ideyası”, f.e.d., prof. Əli Abasov “İnsan potensialı və müasir innovasiyalar”, f.e.d., prof. Əbülhəsən Abbasov “Polikultural mürəkkəblik və dünya mədəniyyəti: post-neoklassik yanaşma”, f.f.d., dos. Zeynəddin Şabanov “Həmkarlar ittifaqlarının müəssisələrdəki sosial münaqişələrin həllində rolu”, f.f.d., dos. Həbib Hüseynov “Milli ideya və milli özşüur”, f.f.d., dos.Səbirə İskəndərova, Yeganə Bağırova, Humay Eminova “Heydər Əliyev və milli dövlətçilik siyasəti”, f.f.d. Mahrux Abbas “Azərbaycanda elminin gender göstəriciləri”,f.f.d., dos. Faiq Ələkbərli “Cəmil Əhmədlinin sosioloji və sosial fəlsəfi görüşləri”, f.f.d., dos. Ağasəlim Həsənov “Milli həmrəylik cəmiyyətdə sabitliyin əsası kimi”, s.e.ü.f.d., dos. Şahin Bağırov “Sosial iş elm kimi”, f.f.d., dos. Firuzə Əliyeva “Heydər Əliyevin İKT siyasəti müasir mərhələdə”, s.e.ü.f.d., dos. Davud Həşimov “Qloballaşma dövründə inklüziv sosial-iqtisadi inkişaf:əsas xüsusiyyətləri və istiqamətləri”, f.f.d., dos. Təzəgül Qasımova “Yenidən formalaşan cəmiyyətdə sosial nəzarət idarəetmə texnologiyası kimi”, f.f.d., dos. Təhminə Ağakişiyeva «Konstitusiya və suverenlik» müstəqil ölkəmizin inkişafını təmin edən əsas amillərdir”, e.i. İlham Soltanov “Müasır dövrdə təhsilin humanistləşməsi uğrunda çağırışların fəlsəfəsi”, e.i. Xalidə Nəzərova “Şəhid və qazi ailələrinə dövlət dəstəyi və qayğı istiqamətləri”, e.i. Tünzalə Əliyeva “Din və ailə: dayanıqlı inkişafın əsas təməli kimi”, e.i. Fəridə Bağırova ““Müharibədəki qadınlar" fenomeninə gender yanaşması”, e.i. Xanımağa İsmayılova “Suverenlik dövlətin fundamental keyfiyyəti kimi”, e.i. Nailə Əlicanova “Multikulturalizmin siyasət modeli”, e.i. İlhamə Hüseynova, e.i.Ceyran Hüseynli “Müasir texnologiyaların tətbiqi və təhsilin keyfiyyətinin yüksəldilməsində rolu”, e.i. Fəxriyyə Məmmədzadə “Güclü Azərbaycan quruculuğu və yeni nəslin yetişdirilməsi” mövzusunda maraqlı çıxışlar etmişlər. Konfransın sonunda iştirakçılara sertifikatlar verilmiş, xatirə şəkilləri çəkilmişdir.