06.05.2025, 13:30 - Baxış sayı: 130

Dosent Günel Məlikli “Azərbaycan Respublikasının milli inkişafı və ekoloji psixologiya” mövzusunda məruzəsinə görə sertifikatla mükafatlandırılıb


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Yaşıl Enerjiyə Dəstək İctimai Təşəbbüs Qrupu və Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi Beynəlxalq Multidissiplinar konfransda “Azərbaycan Respublikasının milli inkişafı və ekoloji psixologiya” mövzusunda məruzəsinə görə sertifikatla mükafatlandırılıb.

Məruzəsində Günel Məlikli ətraf mühit psixologiyası sosial elmdən daha çox təbiət elmləri hesab olunduğunu və bu yanaşma dünyanın davamlı inkişafı konsepsiyasının yaradılmasına yönəldiyini bildirib. Alim söyləyib ki, R. Barkerin nəzəriyyəsi daha çox ekoloji psixologiyaya aid edilir və Barker “Ekoloji psixologiya” əsərində insanın davranışının onun düşdüyü mühitdən asılı olduğunu bildirir. Müharibələr, kosmosun öyrənilməsi, təbiətə sənaye və nəqliyyat tullantılarının atılması, bir çox sahələrdə zəhərli kimyəvi maddələrin istifadəsi atmosferi, hidrosferi və litosferi çirkləndirməklə ekoloji tarazlığın ritmini pozulduğu aşkarlanır. Beynəlxalq forumlarda Azərbaycan Respublikası Birinci Vitse-Prezidenti Mehriban Əliyeva və İDEA İctimai Birliyinin sədri Leyla Əliyeva ölkəmizdə və regionda ekoloji problemlərin aradan qaldırılması, biomüxtəlifliyin mühafizəsi, davamlı inkişafın təşviqi, cəmiyyətimizdə heyvanlara qarşı humanist münasibətin təbliği, gənclərin ətraf mühitlə bağlı biliklərinin dərinləşdirilməsi və sair sahələrdə əldə olunmuş nailiyyətlərdən də bəhs edərək dünya ictimaiyyətinin bu cür problemlərin həllinə diqqətini cəlb edir. Və dünyanın ən böyük və mötəbər tədbirlərindən biri olan COP29-a ölkəmizin ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti parlaq qələbəsidir. Heç şübhəsiz ki, ölkədə qazanılan bu və digər uğurların əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Prezident İlham Əliyevin müdrikliklə təkmilləşdirdiyi və yeni səviyyəyə yüksəltdiyi uğurlu inkişaf strategiyası dayanır - deyə G.Məlikli vurğulayıb.