Elmi işçi Hafizə İmanova İctimai TV-nin “Din və cəmiyyət” verilişinin qonağı olub
AMEA Fəlsəfə və Sosiolgiya İnstitutunun Davamlı inkişafın fəlsəfəsi və sosiologiyasi şöbəsinin elmi işçisi Hafizə İmanova İctimai TV-nin “Din və cəmiyyət” verilişinin qonağı olub. Hafizə İmanova verilişdə "Milli-mənəvi dəyərlərimizdə ətraf mühitə münasibət" mövzusunda çıxış edərək Azərbaycan xalqının dini və milli-mədəni dünyagörüşündə ətraf mühitə münasibət, fəlsəfi məktəblərin rolu, eləcə də təbiətin milli təfəkkürümüzdə simvollaşdırılması haqqında geniş çıxış etmişdir. O, eyni zamanda İqlim dəyişmələri üzrə beynəlxalq təşkilatların və COP 29-un iqlim dəyişmələri ilə mübarizədə rolundan bəhs edərək Azərbaycanın ətraf mühitin qorunmasına və iqlim dəyişmələrinə həssas yanaşmasından da danışmışdır.