01.05.2025, 12:39 - Baxış sayı: 11

“İnformasiya cəmiyyəti və rəqəmsal inkişaf fəlsəfəsi” şöbəsində seminar keçirilmişdir


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun “İnformasiya cəmiyyəti və rəqəmsal inkişaf fəlsəfəsi” şöbəsində 30 aprel 2025-ci il tarixində doktorant Ayxan Ədalət oğlu Mustafanın “Rəqəmsal antropologiya və müasir biliyin fragmentasiyası” mövzusunda seminarı keçirilmişdir. Seminarı elmi işçi Kamran Məmmədov açaraq sözü məruzəçi doktorant Ayxan Mustafaya verdi. Məruzəçi digital antropologiya və müasir biliyin fraqmentasiyası anlayışları haqqında geniş məlumat verdi. Məruzəçiyə suallar verildi və suallar ətrafında müzakirələr aparıldı. Məruzə ətrafında çıxış edən f.ü.e.d., professor Əbülhəsən Abbasov məruzəçinin çıxışını bəyəndiyini, elmi və praktiki cəhəttən mövzuya hakim olduğunu bildirdi. Ancaq ənənəvi antropologiyanın bugün də aktual olduğunu məruzəçinin, rəqəmsal antropologiyanın ənənəvi antropologiyadan daha aktual olduğu fikri ilə razılaşdığını bildirdi. f.ü.f.d Məhəmməd Cəbrayılov rəqəmsal antropologiyanın biliyin akademik çərçivələrini dağıtdığını və ənənəvi antopologiya üzərində hakim olduğunu bildirdi və digər məsələlər ətrafında çıxış etdi.

Daha sonra seminarda f.ü.f.d. Zeynəddin Şabanov, elmi işçi Alidə Zeynalova, elmi işçi Kamran Məmmədov mövzu ətrafında çıxışlar etmiş, məruzəçiyə suallar vermiş, çıxışlar ətrafında müzakirələr aparılmışdır. Bu müzakirələr zamanı seminar iştirakçıları doktoranta mövzunun elmi akademik səviyyəsini artırmaq üçün daha müasir və yeni dövrün çağırışlarına cavab verən müəlliflərin elmi əsərlərindən istifadə etməyi, mövzunun əsasını təşkil edən bilik cəmiyyəti, texnoloji determinizm və süni intellekt texnologiyaları arasında, vacib əlaqələrin müəyyənləşdirilməsi üçün komporotivist (müqayisəli) metoddan istafadə edilməsini tövsiyyə etdilər.