“Süni intellekt fəlsəfəsi və fəlsəfənin gələcəyi” mövzusunda ümuminstitut seminarı keçirilib
Aprelin 29-da AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda institutut əməkdaşlarının və doktorantlarının iştirakı ilə f.e.d., professor İlham Məmmədzadənin “Süni intellekt fəlsəfəsi və fəlsəfənin gələcəyi” mövzusunda ümuminstitut seminarı keçirilib.
Seminarı fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov giriş sözü ilə açaraq sözü professor İlham Məmmədzadəyə verdi.
İlham Məmmədzadə süni intellektin fəlsəfəsini konseptual xarakterli tezislərlə irəli sürüb və onların geniş təhlil edərək, bütün sahələrdə olduğu kimi, fəlsəfənin də birbaşa süni intellektlə bağlı olduğunu vurğulayıb.
O, insanların süni intellektdən hansı formada faydalanması, bunun nəticəsində yarana biləcək problemlərin aradan qaldırılması üçün alimlərin, xüsusilə filosofların geniş elmi təhlillər apararaq müəyyən elmi nəticələr ortaya qoymasının zəruriliyini vurğulayıb, bu işlərin sistemli şəkildə aparılmasının vacibliyinə toxunub. Süni intellektin fəlsəfəsi deyəndə nə başa düşülür? Sualına professor kompyuter elmləri, koqnetiv elmlər, şüur fəlsəfəsi daxildir - deyə qeyd edib.
“Süni intellekt proqram təminatının həllərini yeni nəsil müəyyənləşdirir. Süni intellekt insan zəkasının və hisslərinin xüsusiyyətlərini simulyasiya etməyə çalışan bir kompüter elmidir. Süni intellekdə subyektin təsiri, alimin etikası, alimin rolu əsas məsələlərdən biridir. Düşüncə yaddaşda saxlanan məlumatların işlənməsi prosesidir. İndiki halda ondan istifadənin fəlsəfəni necə dəyişdirdiyinin, hansı problemləri aktuallaşdırdığının və nəticədə fəlsəfənin özünün necə dəyişdiyinin həmin kontekstdə əhəmiyyət kəsb etdiyini önə çəkib. Filosoflar və alimlər bu istiqamətdə düşünməli və araşdırmalar aparmalıdr” – deyə, İlham Məmmədzadə vurğulayıb.
Məruzədən sonra seminar iştirakçıları professor İlham Məmmədzadəyə suallar ünvanlayıblar.
Sonra mövzu ilə bağlı f.e.d., professor Əbülhəsən Abbasov, f.e.d. Füzuli Qurbanov, f.e.d., professor Arif Büniyatov və digər iştirakçılar məruzə ilə çıxış ediblər.