“Zərifə xanım Əliyevanın zəngin elmi irsi Azərbaycan Milli Elmlər Akademiyasına böyük töhfədir”
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli görkəmli alim, akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi Azərbaycan Milli Elmlər Akademiyasına böyük töhfə olduğunu bildirərək, əsərlərinin elmdə əvəzolunmaz yer tutduğunu söyləyib.
Günel Məlikli vurğulayıb ki, Zərifə xanım Əliyeva ilk dəfə iriddiaqnostikaya aid kitabları yazmış, görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və alimin səyi nəticəsində Fiziologiya İnstitutunda geniş elmi tədqiqatlar aparılmışdır. Ulu Öndər Heydər Əliyevin “Mən hələ Zərifə xanımla ailə həyatı quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi” sözləri biz gənclərə əvəz olunmaz nümunədir - deyə Günel Məlikli vurğulayıb.