28.04.2025, 13:06 - Baxış sayı: 45

“Rəqəmsal sosiologiya: nəzəri, metodoloji və tarixi aspektləri” monoqrafiya nəşr olunub


Səadət Məmmədovanın “Rəqəmsal sosiologiya: nəzəri, metodoloji və tarixi aspektləri” (Bakı: “Füyuzat”, 2025, 240 s.) monoqrafiyası nəşr olunub. 

Monoqrafiyanın elmi redaktoru, f.e.d., professor İlham Məmmədzadə, rəyçisi f.e.d., professor Tahirə Allahyarovadır. Ön söz müəllifi Zahid Orucdur. 

Kitabda XXI əsrdə formalaşan rəqəmsal cəmiyyət ümumilikdə elmin, o cümlədən müxtəlif elm sahələrinin və ilk növbədə sosiologiyanın yeni istiqamətinin -rəqəmsal sosiologiyanın inkişafına səbəb olmuşdur. Rəqəmsal sosiologiyanın nəzəri, metodoloji və tarixi aspektlərinin öyrənilməsilə bağlı olan monoqrafiyada yeni sosial, həmçinin rəqəmsal münasibətlərin, rəqəmsal cəmiyyətin sələfləri olan postmodern və ya bilik cəmiyyətinin inkişaf tarixi, həmçinin rəqəmsallaşmanın yeni istiqaməti olan süni intellektin formalaşması ilə bağlı araşdırmalar təqdim edilir. Burada texnoloji tərəqqinin nəticəsi olan rəqəmsal imperializmin qlobal manipulyasiya imkanlarının genişlənməsi və bu manipulyasiyaya qarşı anti və ya alter qarşıdurmaların mahiyyəti araşdırılır. Monoqrafiyada elmi texniki tərəqqinin təsirilə elmin sosial təsisat kimi rəqəmsallaşması xüsusiyyətləri analiz edilir. Elmi fəaliyyətin subyekti olan alimin elmin aparıcı qüvvəsi kimi tədqiqat imkanlarının genişlənməsi, rəqəmsallaşmamn sinerji xüsusiyyətlərinin mahiyyətinin metodoloji əsasları kimi sosial sinergetik institutlaşmanəzəriyyəsi əsaslandırılır.

Monoqrafiyada həmçinin Azərbaycan elminin inkişaf istiqamətləri və rəqəmsallaşması, ölkəmizdə rəqəmsal dövlət və rəqəmsal cəmiyyətin formalaşmasının əsasları, ağıllı kənd və ağıllı şəhərlərin inkişafı şərh edilir.

Monoqrafiya ali və orta ixtisas müəssisələrinin professor, müəllim heyəti və tələbələri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.