Elmi işçisi Hafizə İmanova “Uşaqlar üçün Yaşıl Biliklər” adlı uşaq kitabının təqdimat mərasimində iştirak edib
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Uşaqlar üçün Yaşıl Biliklər” adlı uşaq kitabının təqdimat mərasimi baş tutub. Kitabın müəllifi GEM CSR və ESG Consulting şirkətinin baş direktoru və həmtəsisçisi, Energy Globe Award Azərbaycan mükafatçısı Liya Bayramovadır.Tədbirdə 50 nəfər məktəbli, pedaqoji heyət və öncədən dəvət olunmuş qonaqlar iştirak ediblər.Tədbirin açılışında çıxış edən Liya Bayramova erkən yaşlardan ekoloji təhsilin vacibliyini vurğulayıb. O, məktəbliləri ekologiya və ətraf mühit sahəsində biliklərini ailə və dost çevrəsində paylaşaraq “ekoloji elçilər” olmağa çağırıb.TədbirdəAMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun davamlı inkişaf üzrə elmi işçisi Hafizə İmanovakitabın elmi və məzmun baxımından əhəmiyyətini vurğulayaraq, onu Azərbaycan dilində nəşr olunan ən mühüm ekoloji əsərlərdən biri kimi dəyərləndirib. Nəşrin beynəlxalq səviyyədə də yüksək qiymət ala biləcəyini bildirib.Təqdimat mərasimi müəllifin məktəblilər üçün kitab imzalama sessiyası ilə yekunlaşıb.