21.04.2025, 15:07 - Baxış sayı: 32

“Dördüncü Sənaye İnqilabı: süni intellekt və iqtisadiyyat” mövzusunda elmi-praktiki konfrans keçirilib


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) “Riyaziyyat və informasiya texnologiyaları” kafedrası və “Magistratura” şöbəsinin birgə təşkilatçılığı ilə “Dördüncü Sənaye İnqilabı: süni intellekt və iqtisadiyyat” mövzusunda elmi-praktiki konfrans keçirilib. İlkin olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Plenar hissədə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları - Müasir fəlsəfi problemlər şöbəsinin müdiri, f.e.d, prof. Əli Abasov “İnsan zəkası və süni intellekt arasındakı dialoq imkanları”, informasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri” şöbəsinin müdiri, f.f.d., dosent Məhəmməd Cəbrayılov “Texnoloji determinizm və rəqəmsal inkişaf”, panel hissədə Müasir fəlsəfi problemlər şöbəsinin aparıcı elmi işçisi, f.f.d., dosent Zeynəddin Şabanov “Cəmiyyətin inkişafında Təbii İntellekt (Tİ) və Süni İntellekt (Sİ) paralelləri ” mövzusunda çıxış etmişlər. Çıxışlarda IV sənaye inqilabının müsbət və mənfi cəhətləri, süni inellekt və təbii intellektin qarşılıqlı əlaqələri, araşdırma və tədqiqatlarda Sİ–nin rolu, süni intellekt və qeyri-səlis məntiq, yeni texnologiyaların iqtisadiyyatın inkişafında rolu, rəqəmsal texnologiyanın geniş tətbiqinin işsizliyə təsir imkanları, gələcək əmək sferaları, süni intellektin fəlsəfəsi və s. kimi məsələlərə toxunulmuş, yeni təkliflər irəli sürülmüş, geniş fikir mübadiləsi olmuşdur. Məruzəçilərə ünvanlanmış suallara ətraflı cavablar verilmişdir.