16.04.2025, 10:59 - Baxış sayı: 171

Dosent Günel Məliklinin məqaləsi Tacikistan Millli Elmlər Akademiyasının impaktfaktorlu jurnalında nəşr olunub


Dosent Günel Məliklinin “SOSİAL PSİXOLOGİYANIN PREDMETİ ŞƏXSİYYƏT PROBLEMİ KONTEKSTİNDƏ” adlı məqaləsi Tacikistan Millli Elmlər Akademiyasının impaktfaktorlu jurnalında nəşr olunub.Məqalədə gənc alim sosial psixologiyada şəxsiyyət probleminə toxunaraq, şəxsiyyət və onun psixologiyası dərin köklərə malik olduğunu bildirib. Müasir şəraitdə insan amili və şəxsiyyət məfhumu xüsusilə aktuallaşıb. Demək olar ki, humanitar elmlərin əksəriyyəti şəxsiyyət problemini diqqət mərkəzində saxlayır. Günel Məlikli liderlik psixologiyası probleminin tədqiqat üçün vacib aspekt olduğunu söyləyib. Liderlik probleminin sosial-psixoloji elmdə həmişə böyük maraq doğurduğundan, müxtəlif dövrlərdə alimlərin liderlik problemini və onun social rolunun müəyyən edilməsi nöqteyi-nəzərindən tədqiq etməsindən danışıb. XIX əsrin sonlarında sosial psixologiya elmində “milli şüur” (özünüdərk) və “liderlik” kimi anlayışları öz yerini formalaşdırdığını, problemlərin öyrənilməsi tez bir zamanda əsasən Amerika və Avropa psixologiyasında sosial psixoloji tədqiqatın əsas məzmununa çevrildiyini bildirib. “Liderlik probleminin öyrənilməsinin vacib aspektinə müraciət etmək və psixoloji və fəlsəfi kateqoriyalar sistemində liderliyin yerini müəyyənləşdirmək son dərəcə vacib amildir.”- deyə, Günel Məlikli vurğulayıb.