16.04.2025, 10:50 - Baxış sayı: 153

Azərbaycan Milli Elmlər Akademiyası – 80 il


Dosent Günel Məlikli “Azərbaycan Milli Elmlər Akademiyasının Şərəfli tarix yolu” kitabının müəllifi olaraq “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” cənab Prezident İlham Əliyevin Sərəncam imzalaması Azərbaycan elminə və xüsusi ilə Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yoluna verdiyi böyük dəyərin ifadəsi olduğunu bildirib.

Günel Məlikli söyləyib ki, 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunması dövlətçiliyimizin əsaslarını daha da möhkəmləndirməklə, hüquq və qanunun aliliyi prinsipinə əsaslanan islahatların davamlı olmasına yol açmaqla bərabər, gələcək nəsillər üçün də möhkəm siyasi irs yaratmış olacaq. Cənab Prezident İlham Əliyevin sayəsində “Konstitusiya və Suverenlik İli” kimi tarixə düşən 2025-ci il də qürur dolu şərəfli səhifələrdən olacaq. Biz alimlər Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, dövlətimizin inkişafı naminə və Azərbaycan elminin keçdiyi şərəfli tarixi yolun dünya elminə tanıtdırılmasında böyük səylə çalışacağıq.- deyə Günel Məlikli vurğulayıb. 

science.gov.az