14.04.2025, 14:19 - Baxış sayı: 20

TÜRKİYƏDƏ FİLOSOF XATİRƏ QULİYEVANIN “HEYDƏR ƏLİYEVİN BÖYÜK SIYASƏT YOLU” MONOQRAFIYASININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB


Aprel ayının 4-6-sı tarixlərində ECLSS Beynəlxaqlq Konfrans təşkilatının Türkiyə İstambul Aydın universitetinin ev sahibliyi ilə keçirdiyi 5-ci Avrasiya Təhsil və Sosial Elmlər (İECES2025) Beynəlxalq Konfransı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və Tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmlər doktoru, dosent Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” fundamental monoqrafiyasının təqdimat mərasimi keçirilmişdir.Institutdan AZƏRTAC-a daxil olan xəbərdə bildirlir ki, filosof Xatirə Quliyevanın “Heydər Əliyev və mənəvi-estetik dəyərlər (2002, Azərnəşr), “Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat”(2019, Elm nəşriyyatı) başlıqlı sanballı tədqiqat əsərlərindən sonra sayca 3-cü monoqrafiyası olan və Azərbaycan xalqının Ulu öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin həyatı, dövrü, dünyagörüşü və dövlət idarəçiliyi fəaliyyətini dolğun əks etdirən “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat məqasimi AMEA-nın 80 illiyinə həsr olunmuşdur.“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat mərasimində ECLSS Beynəlxaqlq Konfrans təşkilatının prezidenti professor Hasan Karacan, ECLSSorg-un əməkdaşı, professor Ali Korkut, Türkiyə İstambul Aydın universitetinin dekanı professor Meltem Nurtanış, universitetin Yunesko bölməsinin rəhbəri dosent Ocman Güntəkin, Azərbaycandan Türkiyəyə ezam olunmuş AMEA-nın Tarix və Etnoqrafiya və Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları - Heydərşünaslıq şöbəsinin müdiri, professor Ədalət Qasımov, Bakı Mühəndislik Universitetinin professoru Şikar Qasımov, tarix üzrə fəlsəfə doktoru, dosent Günel Aslanlı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şəhla Musayeva, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent İrada Zargan, Multikulturalizm və Tolerantlıq fəlsəfəsi şöbəsinin əməkdaşı Sevinc Quliyeva və digərləri iştirak etmişlər.Monoqrafiyanın müəllifi fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın, AMEA-nın Tarix və Etnoqrafiya İnstitutunun Heydərşünaslıq şöbəsinin müdiri Ədalət Qasımovun, Tarix elmləri doktoru Şikar Qasımovun əsərin elmi aktuallığını, dünya siyasi-fəlsəfə sahəsi üçün böyük əhəmiyyətini geniş və dolğun məruzələri təqdimat iştirakçıları tərəfindən xüsusilə maraqla qarşılanmışdır.“Heydər Əliyevin Böyük Siyasət Yolu”- monoqrafiyasının elmi nəsləhətçisi və “Ön söz”ün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Elmi redaktoru AMEA-nın İctimai Elmlər Bölməsi Elmi Şurası Sədrinin müavini, akademik Nərgiz Axundova, Rəyçiləri Naxçıvan Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayev,Kiyev Əqli mülkiyyət və hüquq akademiyasının professoru, hüquq elmləri doktoru Arif Quliyev, məsul redaktorları tarix elmləri doktoru, dosent Röfət Quliyev və AMEA Tarix və Etnoqrafiya institutunun “Heydərşünaslıq” şöbəsinin aparacı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı, Redaktorları Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və Tolerantlıq fəlsəfəsi şöbəsinin əməkdaşları Sevinc Nisa Quliyeva və Lalə Əliyevadır.

cahanplus.com