02.04.2025, 10:40 - Baxış sayı: 45

Elektron Xidmətlər şöbəsinin müdiri Alidə Zeynalova növbəti treninq keçirib


Treninqi Elektron Xidmətlər şöbəsinin müdiri Alidə Zeynalova açaraq Fəlsəfə və Sosiologiya İnstitutunun yeni əməkdaşlarını salamladıqdan sonra institut laborantlarına otən ildə şöbədə görülmüş işlər barədə qısa məlumat verib. Daha sonra cari ildə qarşıda duran əsas işlərdən birinin institut əməkdaşlarının DərgiPark və ORCİD profillərinin,eləcə də korporativ emaillərinin yenilənməsinin,həmçinin bu bazalarda institut alimlərinin məqalələrinin,tədqiqat işlərinin yerləşdirilməsi və sistemləşdirilməsi barədə məlumatlandırıb.Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun Elektron Xidmətlər şöbəsinin əməkdaşı Səlimə Həsənova institutun laborantlarına Elektron Sənəd Dövriyyəsi (ESD) sistemi və onunla iş prosesində yaranmış çətinliklərin aradan qaldırılması,o cümlədən sistemdəki dəyişikliklər və yeniliklər barədə təlim keçib. Treninqdə iştirak edən Fəlsəfə və Sosiologiya İnstitutunun laborantları onları maraqlandıran suallar və təkliflər barədə fikir bölüşüblər.Və qərara gəlinib ki, institutun DərgiPark və ORCİD profillərinin,eləcə də Elektron Sənəd Dövriyyəsi barədə treninqdə səsləndirilən prioritet vəzifələr cari ilin ilk yarımilliyinə kimi icra olunaraq Elektron Xidmətlər şöbəsinə təqdim edilsin.Sonda Elektron Xidmətlər şöbəsinin müdiri Alidə Zeynalova treninq iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək onlara uğurlar və müvəffəqiyyətlər diləyib.