F.ü.f.d. Radif Mustafayev “İslam dünyası və Azərbaycanda fəlsəfənin inkişafı” mövzusunda ustad dərsi keçmişdir
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d., dos. Radif Mustafayev Polis Akademiyasında “İslam dünyası və Azərbaycanda fəlsəfənin inkişafı” mövzusunda ustad dərsi keçmişdir.
Dərs zamanı Akademiyanın müdavimlərinə İslam dini, kəlam və müsəlman Şərqində fəlsəfə haqqında məlumat verilərək, Azərbaycanda fəlsəfənin inkişafı ilə əlaqədar bilgilər təqdim edilmişdir. Kursantlar mövzunu maraqla dinləyib çoxlu sayda sualları cavablandırılmışdır.