Dosent Radif Mustafayev Naxçıvan Dövlət Universitetinin tələbələrinə ekoloji təlim keçib
3-4 Mart 2025-ci il tarixində Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Biriyi Azərbaycan Respublikasının Elm və Təhsil nazirliyi ilə əməkdaşlıqda Şərqdə Dayanıqlığın qurulması (BREN) təşkilatının dəstəyi ilə Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasında Qızların Davamlı İnkişafı və İqlim Savadlılığı: Gələcək Nəsil Üçün Bacarıqların İnkişafı” layihəsi çərçivəsində gələcək pedaqoqların töhfəsinin artırılması və biliklərin təkmilləşdirilməsi məqsədilə gələcəyin müəlllimləri olan tələbələrə iki günlük təlim təşkil edilmişdir.
Tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d., dos. Radif Mustafayev Naxçıvan Dövlət Universitetinin tərcümə fakültəsinin tələbələrinə təlim keçmişdir. Elmi bilgilərin artırılması və dayanıqlı inkişaf kontekstində iqlim dəyişikliyi məsələsinin ictimaiyyətə çatdırılması və maarifləndirilməsi məqsədilə “Yaşıl həyat, yaşıl düşüncə və yaşıl iqtisadiyyatın dayanıqlı inkişafda rolu"mövzusunda təlim keçmişdir.