Dosent Günel Məlikli “Bakinski raboçi” qəzetinə Elm günü və AMEA-nın 80 illik yubileyi ilə bağlı müsahibə verib
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Bakinski raboçi” qəzetinə Elm günü və Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə müsahibə verib.
“Наука без границ” müsahibəsində gənc alim Ali Baş Komandan İlham Əliyevin misilsiz fəaliyyətindən, Prezident İlham Əliyevin dördüncü və beşinci sənaye inqilablarına töhfə verən yaşıl enerji və iqtisadi layihələrin inkişaf etdirilməsinin vacibliyini vurğulamasından danışıb. imzalanmasından bəhs edib.
Müsahibədə Günel Məlikli Azərbaycan elmi qədim tarixi köklərə və zəngin ənənələrə malikdir və Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının Azərbaycan tarixinin əlamətdar hadisələrindən biri olduğunu söylərək, Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarixi yolundan bəhs edib. Alim Azərbaycanda elmin inkişafında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən söz açaraq, Ulu Öndər Azərbaycan Milli Elmlər Akademiyasının inkişaf etdirilməsinə hər zaman dövlət səviyyəsində qayğı göstərdiyini bildirib. Müsahibədə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin bu elm məbədinin dünya miqyasında tanınmasına nail olması geniş şəkildə öz əksini tapıb. Günel Məlikli Prezident İlham Əliyevin apardığı genişmiqyaslı islahatlar, inkişaf strategiyası, Azərbaycan Milli Elmlər Akademiyasına diqqətindən geniş şəkildə danışır. 2022-ci ildən bəri AMEA-nın prezidenti olmuş görkəmli akademik İsa Həbibbəylinin Azərbaycanı ləyaqətlə təmsil edən bir ictimai xadim, görkəmli elm adamı kimi AMEA-nın dünya elm ocaqları arasında imzasının olmasına dair, beynəlxalq əlaqələrin genişlənməsinə var gücü ilə çalışmasından bəhs edib.