“Elm” gününə həsr olunmuş respublika konfransı keçirilib
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Elm” gününə həsr olunmuş “İctimai elmlərin inkişafı və suverenlik” mövzusunda respublika konfransı keçirilib.
Konfransı giriş sözü ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq, “Elm” günü münasibətilə konfrans iştirakçılarını təbrik edib.
Giriş sözü ilə professorilk olaraq4 tezis ətrafında öz fikirlərini bölüşdü. Fəlsəfə, milli ideya, milli ideologiya, tətbiqi fəlsəfə.Bunlar arasındakı qarşılıqlı münasibətləri nəzərdən keçirən professorideologiya yalnız tarix və mədəniyyət demək deyil. O həm fəlsəfi yanaşmadır. Milli ideya problemlərinin siyasi, iqtisadi, mədəni və bir çox digər aspektləri vardır, lakin hər kəs başa düşməlidir ki, fəlsəfi konsept olmadan bütün məlumatları, bütün aspektləri bir araya gətirmək, problemi bütövlüyü ilə görmək, onun gələcəyini proqnozlaşdırmaq çətindir. Yalnız fəlsəfi yanaşma milli ideyaya keçmişdəki, bu günkü və gələcəkdə olacaq əsas çağırışları aşkar etməyə, milli ideya, ideologoya, fəlsəfə tarixinin ictimai elmlərdə rolunu, prioritetlərin vacibliyinin metodoloji yanaşmasını , tətbiqi fəlsəfənin elmi aspekti olduğunu, tətbiqi fəlsəfə və sosiologiyanın qarşılıqlı əlaqələrini, ictimai elmlərin inkişafı ilə fəlsəfənin bağlılığını qeyd etd. Professor çıxışında həmçinin, süni intellektin fəlsəfi problemləri məsələlərinə toxunaraq bu sahədə bir sıra məqamları qeyd edib.
Sonra çıxışçılardan f.e.d.prof., Əbülhəsən Abbasov “Fəlsəfi meqabiliyin statusu və elmlərin inkişafında onun rolu”,f.e.d., prof.Bünyatov Arif “Sosial-fəlsəfi tədqiqatlar milli kimliyin və milli suverenliyin təhlili”, f.ü.f.d., dos.Cəbrayılov Məhəmməd “Rəqəmsal imperializm və milli suverenliyin çağırışları”, elmi işçiMəmmədov Kamran “Qlobalizm və suverenlik: dövlət müstəqilliyinə qarşı təhlükələr” adlı məruzələri ilə çıxış etdilər. Konfrans sual-cavab və müzakirələr formatında başa çatıb.