Dosent Günel Məliklinin “Şərəfli tarixi yol” adlı sərlövhəli məqaləsi “ELM” qəzetində çap olunub
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məliklinin “Şərəfli tarixi yol” adlı sərlövhəli məqaləsi “ELM” qəzetində çap olunub.
Məqalədə Günel Məlikli Azərbaycan elmi qədim tarixi köklərə və zəngin ənənələrə malikdir və Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının Azərbaycan tarixinin əlamətdar hadisələrindən biri olduğunu söylərək, Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarixi yolundan bəhs edib. Alim Azərbaycanda elmin inkişafında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən söz açaraq, Ulu Öndər Azərbaycan Milli Elmlər Akademiyasının inkişaf etdirilməsinə hər zaman dövlət səviyyəsində qayğı göstərdiyini bildirib. Günel Məlikli Prezident İlham Əliyevin apardığı genişmiqyaslı islahatlar, inkişaf strategiyası, Azərbaycan Milli Elmlər Akademiyasına diqqətindən geniş şəkildə danışır. Məqalədə həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin bu elm məbədinin dünya miqyasında tanınmasına nail olması geniş şəkildə öz əksini tapıb.