Fəlsəfə və Sosiologiya İnstitutunda Pakistanlı alimlə görüş keçirilib
Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Pakistan İslam Respublikasının Sülh və Diplomatik Araşdırmalar İnstitutunun direktoru Asif Məhmməd Nurla görüş keçirilib. İlk öncə tərəflər təmsil etdikləri təşkilatların strukturu, fəaliyyət istiqamətləri haqqında məlumat veriblər. Görüş zamanı Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə qonağı salamlayaraq, onu burada görməkdən məmnunluğunu ifadə edib. Pakistanla Azərbaycan arasında dostluq əlaqələrindən və onların qardaşlıq dəstəyindən danışıb. İnstitutun elmi fəaliyyətindən danışan professor Pakistanda çıxan jurnal və kitablarla mütəmadi əməkdaşlıq etdiklərini, o cümlədən qarşılıqlı elmi-ədəbi əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf mərhələsində olduğunu diqqətə çatdıraraq, iki ölkənin elmi əlaqələrini və əməkdaşlığını təhlil edib. Sonda göstərilən diqqət və qonaqpərvərlik üçün minnətdarlığını bildirən Asif Məhəmməd Nur bundan sonra da azərbaycanlı alimlərə birgə elmi əməkdaşlıqlara maraqlı olduğunu, aparılacaq müştərək tədqiqatların, gələcəkdə onlayn elmi konfransların təşkili, elmi fəaliyyətimizə böyük töhfələr verəcəyini qeyd edib. Görüşdə iştirak edən Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini,tarix elmləri doktoru Eynulla Mədətli, İnstitutun elmi katibi, f.ü.f.d. Sevinc Həsənova, f.ü.f.d. Zöhrə Əliyeva da Azərbaycan və Pakistan dostluq əlaqələrindən, bu əlaqələrin tarixi köklərindən söz açıblar.
.