30.01.2025, 13:17 - Baxış sayı: 46

Doktorant və dissertantlar üçün mühazirələr keçirilib


AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda doktorant və dissertantlar üçün mühazirələrə ehtiyac var.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə “Müasir Azərbaycan fəlsəfəsi: çağırışlar və perspektivlər” mövzusunda mühazirə deyib.

Professor mühazirə zamanı fəlsəfənin elmlə əlaqəsi problemlərinə toxunub. Qeyd edib ki, buna elmin fundamental fəlsəfə prizmasından baxmaq olar. Fəlsəfə elmdir, lakin həm də təkcə elm deyildir. Bu səbəbdən də onu elmlə tam olaraq eyniləşdirmək olmaz.

Çünki, sosial-humanitar və təbii elmlərin fərqini görmək, mənalandırmaq tələb olunur. Onlardan asılı olaraq əlaqə problemi çoxaspektlidir və öz-özlüyündə bir sıra suallara cavab tələb edir - deyə İlham Məmmədzadə bildirib.

Sonda doktorant və dissertantlar onları maraqlandıran suallarla İlham Məmmədzadəyə müraciət edib və mövzu ətrafında diskussiya aparılıb.