28.12.2024, 13:31 - Baxış sayı: 47

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi professor İlham Məmmədzadəyə təşəkkür məktubu göndərib


 2024-cü ilin dekabr ayının 23-də “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan Din Xadimlərinin Forumu keçirilmişdir. Forumda Azərbaycan dövlətinin dini sahədə siyasətinin əsas istiqamətləri, dini durumla bağlı mövcud vəziyyət və problemlər, dini təhdidlər haqqında cəmiyyətin məlumatlandırılması, dini maarifləndirmə  prosesində din xadimlərinin rolunun artırılması ilə bağlı bir sıra məsələlər müzakirə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Forum iştirakçılarına müraciəti tədbirin əhəmiyyətinin dövlət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir. Forum çərçivəsində dövlət-din münasibətləri, ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin inkişafı ilə bağlı maraqlı ideya və təkliflər səsləndirilmişdir. Tədbirdə aparılan müzakirələrin nəticəsi olaraq, Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur. Məktubda Sədr Ramin Məmmədov Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadəyə Dəvəti qəbul edərək Forumda iştirakına və maraqlı çıxışına  görə  təşəkkürünü bildirib.