Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əntiqə Paşayevanın “Fəlsəfə və Hüquq” (Məqalələr toplusu) adlı kitabı nəşr olunub
Məqalələr toplusu AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının 3 oktyabr 2024-ci il tarixli (Protokol № 4) iclasının qərarı ilə çapa tövsiyə edilmişdir. Geniş oxucu auditoriyasına təqdim edilən toplu, fəlsəfə və hüquq sahəsi ilə bağlı olan elmi məqalələrin toplusudur ki, 2014-2024-cü illərdə ölkəmizdə nəşr olunmuşdur. Hazırkı məqalələr toplusu iki cilddən ibarətdir; birinci cild Azərbaycanda, ikinci cild isə ölkədən kənarda nəşr olunan məqalələri əhatə edir. Hal-hazırda toplunun birinci cildi oxucuların ixtiyarına verilir, ikinci cildi isə növbəti illərdə təqdim olunacaqdır. Topluda qədim yunan dövründən başlayaraq orta əsr və müasir dövr də daxil olmaqla fəlsəfə və hüquq, etika və hüquq, hüquq və epistemologiya, hüquq vəəxlaq:əxlaq və qanun, hüquq vəədalət, insaf, vicdan, adət-ənənə; hüquq və məntiq: hüquq və dövlət, hüquq və siyasət; təbii və pozitiv hüquq: tarixi, analitik və fəlsəfi məktəblərin ictimai-siyasi, etik və psixoloji prinsipləri, oxşar və fərqli cəhətləri,həmçinin məhkəmə sistemində hansı təsirlərə malik olması ətraflı şərh olunaraq müqayisəli aspektdə tədqiq və təhlil olunmuşdur. Məqalələr toplusu fəlsəfə və hüquq sahəsində tədqiqatlar aparan tədqiqatçıların,ali təhsil müəssisələrinin müəllimlərinin, tələbələrin, doktorantların, həmçinin qanunvericilik və inzibati sahədə çalışan əməkdaşların nəzəri və praktiki fəaliyyətləri üçün nəzərdə tutulmuşdur.