26.12.2024, 12:28 - Baxış sayı: 110

Dosent Günel Məlikli "Tarixin ən qüdrətli Azərbaycanının müəllifi İLHAM ƏLİYEVDİR" mövzusunda mühazirə deyib


 AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Bakı Dövlət Universitetinin Tarix Fakültəsinin tələbələrinə tarixin ən qüdrətli Azərbaycanının müəllifi İlham Əliyevdir mövzusunda mühazirə deyib. Günel Məlikli bu gün İlham Əliyevin təcrübəsi, diplomatiyası, sərkərdəlik qabiliyyəti tək postsovet məkanında deyil, regiondan kənarda da analiz edilir, öyrənilir.Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü, dövlət suverenliyi tam təmin olunduğunu torpaqlarımız təxminən 30 illik işğaldan azad edildidiyini qeyd edib. G.Məlikli 2020-ci ilin 44 günlük Vətən müharibəsində, ardınca 2023-cü ildə həyata keçirilən qısamüddətli lokal xarakterli antiterror tədbirləri ilə əsrlərin problemi yoluna qoyulduğunu, və son 5 əsrdə dövlətçilik tariximizdə bundan böyük zəfərə imza atılmadığını bildirib. Bütün bunlar, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin güclü sərkərdəliyindən xəbər verir. 2020-ci il Zəfəri ilə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaradan Prezident hər keçən gün, hər ötən il Azərbaycana uğurlar bəxş edir.Ümid edək ki, nəhayət, 2025-ci ildə İlham Əliyev Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinə imza atan lider kimi də tarixə düşəcək.Prezident İlham Əliyevin bütün vədləri həyatda öz əksini tapdığı kimi, yeni dövrdə də qarşıda duran vəzifələr uğurla yerinə yetiriləcək, Azərbaycan yalnız inkişaf yolu ilə gedəcək - deyə, Günel Məlikli vurğulayıb.