Dosent Günel Məlikli Prezident İlham Əliyevin COP29 siyasətinə həsr edilmiş məqaləsi Yaponiyanın Osaka şəhərində nəşr olunub
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Ali Baş Komandan, Prezident İlham Əliyevin COP29 siyasətinə həsr edilmiş “COP29 UNDER THE LEADERSHIP OF PRESIDENT ILHAM ALIYEV WILL OPEN THE DOOR TO A GREEN WORLD” mövzusunda məqaləsi Yaponiyanın Osaka şəhərində nəşr olunub.Məqalədə 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyev tərəfindən ətraf mühitin mühafizəsi sahəsində mühüm qanunlar qəbul edildiyini vurğulanıb.G.Məlikli bildirib ki, Cənab Prezident İlham Əliyevin siyasi strategiyası və qoyulan məqsədlərə çatması yolu siyasi liderliyin nadir nümunəsi olduğundan bəhs edib. Prezident İlham Əliyevin uğurlu ekoloji siyasəti nəticəsində davamlı inkişaf və ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində xeyli işlər görülmüşdür.Beynəlxalq forumlarda Azərbaycan Respublikası Birinci Vitse-prezidenti Mehriban Əliyeva və IDEA İctimai Birliyinin sədri Leyla Əliyeva ölkəmizdə və regionda ekoloji problemlərin aradan qaldırılması, biomüxtəlifliyin mühafizəsi, davamlı inkişafın təşviqi, cəmiyyətimizdə heyvanlara qarşı humanist münasibətin təbliği, gənclərin ətraf mühitlə bağlı biliklərinin dərinləşdirilməsi və sair sahələrdə əldə olunmuş nailiyyətlərdən də bəhs edərək dünya ictimaiyyətinin bu cür problemlərin həllinə diqqətini cəlb edir.Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" "yaşıl artım"ın təmin edilməsi üçün misilsiz xidmətdir. Qüdrətli Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş layihələr əsasında ölkəmizdə təmiz ətraf mühit istiqamətində daha da böyük uğurlar əldə ediləcəkdir.Bakıda keçirilən COP29 önəmli qərarların qəbulu üzrə mühüm platforma oldu. Bütün bunlar Azərbaycanda inkişafın uğurları COP29-dan dünya liderliyinə gedən tarixi, şərəfli yoldur. Dünyanın ən böyük və mötəbər tədbirlərindən biri olan COP29-a ölkəmizin ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti böyük qələbəsidir. –deyə G. Məlikli vurğulayıb.

