13.12.2024, 09:34 - Baxış sayı: 106

Dosent Günel Məliklinin akademik Nərgiz Paşayevanın doğum gününə həsr olunmuş məqaləsi nəşr olunub


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məliklinin görkəmli alim, AMEA-nın vitse prezidenti, akademik Nərgiz Xanım Paşayevanın doğum gününə həsr olunmuş “Gənclərə örnək alim" adlı sərlövhəli məqaləsi Ədəbiyyat qəzetində nəşr olunub.Məqalə Görkəmli alim Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nərgiz xanım Paşayevanın həyat və çoxşaxəli fəaliyyətinə həsr olunub.AMEA-nın həqiqi üzvü, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Akademik Nərgiz xanım Paşayevanın doğum günü, qəlbi qurub-yaratmaq eşqi ilə çırpınan gəncliyin də bayramıdır.- deyə G.Məlikli vurğulayıb.G.Məlikli bildirir ki, Əməkdar elm xadimi, Rusiya Təhsil Akademiyasının akademiki, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, akademik Nərgiz xanım Paşayevanın qazandığı uğurlar elmə sevgisi, ədəbiyyata vurğunluğu Azərbaycan elminin təbliğində qürurverici hadisələrdir.Yazıda alim Şərqşünas alim professor Aida xanım İmanquliyeva və görkəmli yazıçı Mir Cəlal Paşayevin yolunu davam etdirərək Nərgiz xanım həmçinin Bakı Dövlət Universitetinin taleyinə, bəxtinə çıxmış nadir şəxsiyyətlərdən olduğunu qeyd edib.