Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
12 dekabr 2024-cü il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və YAP İnstitut üzrə Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyevin anım günü qeyd olunub. Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Anım günündə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq, Ulu öndərin Azərbaycan tarixində parlaq səhifə açan nadir şəxsiyyət olduğunu qeyd etdi.“Ulu Öndər Heydər Əliyevin siyasi xarizması qısa zamanda möhkəm dövlətçiliyin əsasını qoymaqla həm də ölkəmizi xarici qüvvələrin mübarizə poliqonundan xilas etdi. Ulu öndərin xidmətləri tarixi yaddaşın bir qismi kimi onun irsində, vətənpərvərliyində və həm də onun ideyalarının artıq yeni şəraitdə rasional təfsir və inkişaf etdirilməsində öz əksini tapıb”.İlham Məmmədzadə Heydər Əliyevin hakimiyyətə qayıdışının bütün sahələrdəki kimi elm və təhsil sahəsində də tənəzzülün qarşısını aldığını, milli tərəqqiyə xidmət edən təhsilimizin inkişafı üçün əlverişli şərait yaradıldığını vurğuladı. Xalqımızın milli oyanışında və özünüdərkində misilsiz rol oynayan elm və təhsilin inkişafı Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə reallaşdırılan təhsil siyasəti özünün məqsədyönlülüyü, müasirliyi, dünyəviliyi və milli dəyərlərə söykənməsilə diqqəti cəlb etdiyini bildirdi. Sonra YAP İnstitut üzrə Ərazi Partiya Təşkilatının sədri f.ü.f.d. Şölət Zeynalov, f.e.d., professor Adil Əsədov, f.e.d., Füzuli Qurbanov, f.e.d., Rəfiqə Əzimova, və İnstitutunun eımi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli və digər çıxışçılar mövzu ilə bağlı ərtaflı və əhatəli çıxış edərək düşüncələrini tədbir iştirakçıları ilə bölüşdülər.