“Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” adlı kitabın təqdimatı keçirilib
Nəşrin həmmüəllifi Nizami Məmmədov kitab haqqında məlumat verərək bildirib ki, COP29 tədbiri ilə əlaqədar kitab vaxtından əvvəl çap olunub. Qeyd edib ki, üç dildə nəşr olunan kitabın yeniliyi onun inteqrativliyində, fəlsəfi, təbiət elmləri, texnoloji və siyasi məsələlərin üzvi birləşməsindədir. Nəşrdə müasir elmin məlumatlarına əsaslanaraq enerji istehsalının iqlim dəyişmələrində rolu, bu mürəkkəb dinamik prosesdə təbii və antropogen faktorların qarşılıqlı əlaqəsi müəyyən edilir. Sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri dosent Sadiq Qurbanov çıxış edərək kitabın bəşəriyyətin xilası vasitələrindən biri kimi önəmini vurğulayıb, nəşrin qarşıdan gələn COP29 tədbiri üçün töhfə olduğunu söyləyib.Tədbirdə Elm və Təhsil Nazirliyinin Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, AMEA-nın akademik-katibi, akademik Arif Həşimov, DİA-nın rektoru, akademik Urxan Ələkbərov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov bildiriblər ki, kitabda müəlliflər bəşəriyyətin ekoloji cəhətdən təhlükəsiz inkişafa keçid yolunda olmasından çıxış edirlər.

