Dosent Təhminə Ağakişiyevanın elmi məqaləsi Almaniyada nəşr edilib

Məqalədə Süni intellekt fenomenindən bəhs edilir və bu konsepsiyanın yaranma tarixi verilir. Müəllif bu terminin müxtəlif təriflərini təqdim edir və araşdırma nəticəsində bu sahədə bəzi problemlər müəyyən edilir, həmçinin Süni İntellektin müsbət cəhətləri önə çəkilir. Eyni zamanda, bu tədqiqat işində süni intellektin bəşəriyyətin gələcəyindəki rolunun əhəmiyyətinə çox diqqət yetirilir.