“Beynəlxalq Ailə Günü” münasibətilə “Akademik Zərifə Əliyeva: xatirələrdə yaşayan ailə əxlaqı və dəyərlər” mövzusunda dəyirmi masa keçirildi

Tədbiri giriş sözü ilə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d. prof.,İlham Məmmədzadə açaraq 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunduğunu vurğulayaraq bildiridi ki, Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq demişdir: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”.

Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun elmi, tibbi və pedaqoji fəaliyyəti, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidi.

Sonda akademik Zərifə xanım Əliyevanın həyat fəaliyyətini əks etdirən video çarx və institut qadın əməkdaşlarının elmi fəaliyyəti ilə yanaşı yaradıcılıqlarından ibarət təşkil etdiyi sərgi işıqlandırıldı.





