“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində dəyirmi masa keçirilib

Şöbənin aparıcı elmi işçisi siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Şahin Bağırov “Müasir dövrdə dövlətlərin idarəetmə modelləri və siyasi sistemləri” mövzusunda çıxış etdi. Çıxışında müasir dövrdə dünya dövlətlərinin siyasi sistemlərinin müqayisəli təhlili və idarəetmə modelləri haqda geniş məlumat verdi. Həmçinin, dünyanın aparıcı dövlətlərinin və Azərbaycan Respublikasının siyasi sisteminin spesifik xüsusiyyətlərinə dair arqumentli fikirlər səsləndirildi.
Tədbir tələbələrlə sual-cavab şəklində diskussiyalarla yekunlaşdı.Dəyirmi masada şöbənin əməkdaşları da iştirak ediblər.


