AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun doktorant və dissertantları üçün növbəti mühazirə keçirilib

Məruzəçi çıxışında qeyd etdi ki, əsas məqsəd –texnosivilizasiyanın sosial həyata, ictimai münasibətlərə, dəyərlər sisteminə etdiyi təsirlər fəlsəfi düşüncəylə incələmək, doktorant və dissertantları bu mövzu ətrafında disskusiyalara cəlb etməkdir. Məhəmməd Cəbrayılov süni intellektin insanın epistemoloji imkanlarına yaxınlaşmasının müxtəlif aspektlərinin səbəb və nəticələrindən danışdı.
Mühazirənin sonunda doktorant və dissertantlar onları maraqlandıran suallarla müraciət etmiş və mövzu ətrafında disskusiya aparılmışdır.


