“Heydər Əliyev və mədəniyyətlərarası qarşılıqlı əlaqələrin fəlsəfəsi” adlı Dəyirmi masa keçirilib
Dəyirmi masa Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə və Belarus Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri namizədi, dosent Anatoli Lazareviçin moderatorluğu keçirilmişdir.
Professor İlham Məmmədzadə çıxış edərək görkəmli dövlət xadimi Ulu öndər Heydər Əliyevin Azərbaycanın ictimai-siyasi həyatındakı fəaliyyətindən danışıb, onun irsinin öyrənilməsinin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
İlham Məmmədzadə qeyd edib ki, tarixdə elə şəxsiyyətlər yetişib ki, onlara nəinki təmsil etdikləri xalqın taleyində, eləcə də dünya siyasətində son dərəcə böyük missiyanı həyata keçirmək səadəti nəsib olub. Ümummilli liderimiz Heydər Əliyev də məhz belə bir tarixi şəxsiyyət, dünya siyasətinin mahir bilicisi idi. Azərbaycanın müasir tarixinin yarıməsrlik bir mərhələsi, eləcə də müstəqil dövlətimizin dinamik inkişafı və dünyaya inteqrasiya prosesi onun adı, fəaliyyəti və zəngin irsi ilə bağlıdır.
Heydər Əliyevin mənəvi irsində milli ideya və ideologiyanın, eyni zamanda Azərbaycançılıq fəlsəfəsinin bir-birinə necə qarşılıqlı təsir göstərdiyi, dəyərlər və başqa mədəniyyətlərlə birgə dinc yaşayış və qarşılıqlı əlaqələr mədəniyyətinin cəmiyyətin inkişafı və zənginləşməsində hansı rol oynadığı dərindən və nəzəri cəhətdən əsaslandırılmış şəkildə öz əksini tapmışdır. Ulu öndər həmişə hesab edirdi ki, hər bir millətin mədəniyyətində ziyalılar xüsusi vəzifə yerinə yetirir. Lakin öz vəzifəsini həyata keçirməsi üçün onlar öz milli dəyərləri və tarixinə ehtiramla yanaşmaqla bərabər, digər xalqların mədəniyyətinin ən yaxşı xüsusiyyətlərini mənimsəməlidirlər – deyə İlham Məmmədzadə vurğulayıb.
Də
Qeyd edək ki, sonda АМЕА Fəlsəfə və Sosiologiya İnstitutu və Belarus Elmlər Akademiyasının Fəlsəfə İnstitutu arasında elmi əməkdaşlıqla bağlı saziş bağlanılıb.

