Tatarıstanlı alim Fəlsəfə İnstitutunda olmuşdur
Tatarıstanlı qonağı Fəlsəfə İnstitutunun direktoru professor İlham Məmmədzadə qəbul edərək İnstitutun elmi fəaliyyəti, tarixi, aparılan tədqiqatlar barəsində geniş məlumat vermişdir.
Görüşdən razı qaldığını bildirən qonaq, çalışdığı Universitetlə Fəlsəfə İnstitutu arasında gələcəkdə elmi fəaliyyətlə bağlı birgə əməkdaşlıq etməyi təklif etmişdir. Sonra qonaq İnstitutun elmi tədqiqat şöbələri və onların fəaliyyəti ilə yaxından tanış olmuşdur. Görüşdə İnstitutun şöbə müdirlərindən Sakit Hüseynov, Azər Mustafayev, Adil Əsədov, Rəfiqə Əzimova və b. rəhbərlik etdikləri şöbələrin elmi fəaliyyəti haqqında qonağa məlumat vermişlər.


