Şəhid Murad Nağıyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev açaraq Vətən müharibəsinin tarixi əhəmiyyətindən, şəhidlərimizin qəhrəmanlığının Zəfər tariximizdəki müstəsna rolundan danışdı.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işcisi, Tünzalə Musayeva şəhid Murad Nağıyevin həyat yoluna dair mətni iştirakçıların diqqətinə çatdırdıqdan sonra onun döyüş yoluna həsr edilmiş “Qayıtsaydım, gedib qayıtmayanlara, yarımçıq qalanlara...” adlı sənədli film numayiş etdirildi.
Tədbirə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun və AMEA Mərkəzi Elmi Kitabxanasının kollektivi ilə yanaşı şəhid anaları və onların yaxınları, tanınmiş kino aktyoru, dramaturq, Murad Nağıyev haqqında sənədli filmin rejissoru Kamran Ağabalayev, “SƏS” media qrupu, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədri Bəhram Şeydayev, şəhid Murad Nağıyevin əziz xatirəsinə həsr olunmuş kitabın redaktoru, Ə.Kərim adına Poeziya Evinin direktoru, şair, AYB-nin üzvü, Türk Ədəbiyyatı Vakfının fəxri üzvü İbrahim İlyaslı, görkəmli jurnalist, uzun muddət Aztv-nin Orta Asiya üzrə müxbiri, Aprel şəhidləri ilə bağlı iki cildlik kitabların müəllifi, Saxa Yakutiya Respublikasının “Xalqlar arasında Sülh və Dostluq əlaqələrinin möhkəmləndirilməsinə görə” medalına layiq görülmüş Aida Eyvazlı, şəhid Murad Nağıyevin oxuduğu 271 saylı məktəbin direktor müavini Ruxsarə Əlizadə, Odlar Yurdu qrupu, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru İlham Həsənov və digər iştirkçılar çıxış edərək nümayiş olunan sənədli filmin və “Murad” adlı kitabın ictimaiyyata təqdim olunmasının əhəmiyyətindən, Şəhidlik zirvəsinin uca məqamından danışmışlar. Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə onumuş Zəfər səlnaməmizin əbədi olduğunu, xalq-lider birliyinin sarsılmazlığını önə çəkdilər.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icracı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli AMEA-nın rəhbərliyinin şəhid ailələrinə olan diqqətinin ayrıca bir istiqamət kimi həyata keçirildiyini bildirdi, qəhrəmanlıq tariximizin elmi əsalarla öyrənilməsində alimlərin rolunun diqqətə çatdırdı.

