“Heydər Əliyev şəxsiyyəti və əbədiyaşarlıq fəlsəfəsinə yeni reallıqlardan baxış” mövzusunda anım tədbiri keçirilib
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinə həsr edilmiş video-çarx nümayiş etdirildi.
Anım günündə Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq, Ulu öndərin Azərbaycan tarixində parlaq səhifə açan nadir şəxsiyyət olduğunu qeyd etdi.
“Ulu Öndər Heydər Əliyevin siyasi xarizması qısa zamanda möhkəm dövlətçiliyin əsasını qoymaqla həm də ölkəmizi xarici qüvvələrin mübarizə poliqonundan xilas etdi. Ulu öndərin xidmətləri tarixi yaddaşın bir qismi kimi onun irsində, vətənpərvərliyində və həm də onun ideyalarının artıq yeni şəraitdə rasional təfsir və inkişaf etdirilməsində öz əksini tapıb. Yeni şərait məsələsi əsla sadə nəsələ deyil. Dünya dəyişir və getdikcə daha sürətlə başqalaşacaq. Heydər Əliyevin ideyaları keçmişlə indini birləşdirən ideologiyamızın mahiyyəti və mənasını təşkil edir”.
Sonra f.e.d., Rəfiqə Əzimova, f.e.d., professor Adil Əsədov, f.e.d., Füzuli Qurbanov, f.ü.f.d., f.e.d., professor Əyyub Kərimov Hüseyn İbrahimov, “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin elmi işçisi Xanımağa İsmayılova, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli və digər çıxışçılar mövzu ilə bağlı ərtaflı və əhatəli çıxış edərək düşüncələrini tədbir iştirakçıları ilə bölüşdülər.

