"Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)" adlı III cildlik kitabın təqdimatı keçirilib
Tədbir Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq III cildiyinin nəşr edilməsi ilə bağlı müəllifi təbrik etdi. Hər üç əsərin olduqca zəhmət hesabına başa gəldiyini deyən professor qeyd edib ki, bu kitablarda bir çox yeniliklər var.
Çox əhəmiyyətli və vacib mövzuya toxunan Faiq Ələkbərlinin hər üç kitabında bir çox yeniliklərin olduğunu və burada müəllifin dəsti-xəttinin özünəməxsus olması xüsusi olaraq seçildiyini vurğulayıb və müəllif bu kitablarında zəngin mənbələrdən istifadə etməklə tarixən cavabı verilməyən bir çox suallara aydınlq gətirib – deyə , İlham Məmmədzadə bildirib.
Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Eynulla Mədətli öz çıxışında Faiq Ələkbərlinin bu kitabla bir institutun görə biləcəyi bir iş gördüyünü bildirb. Onun bu əsərlərində Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə və s. bütöv yanaşma var. Bu mənada kitabların olduqca əhəmiyyətli olduğunu bildirən Eynulla Mədətli bu əsərin institutda meydana çxımasını vacib amil olduğunu qeyd edib.
Sonra elmi işçi Yasəmən Mahmudova, professor Əsədulla Qurbanov, f.e.d., professor Əli Abasov, f.e.d., professor Sakit Hüseynov, Fəlsəfə və Sosiologiya İnstitutunun ümumişlər üzrə direktor müavini Qabil Camalov, f.e.d., professor Əlikram Tağıyev, f.e.d, professor Rəna Mirzəzadə və digər iştirakçılar müəllifi təbrik edərək, kitab haqqında fikir və mülahizələrini bölüşüblər.
Sonda müəllif – Faiq Ələkbərli təqdimata gələn hər bir kəsə minnətdarlığını bildirdi.

